İnzaqi “İnter”də qaldı
23.09.2022 - 15:13
İnzaqi “İnter”də qaldı

“İnter” baş məşqçisi Simone İnzaqi ilə bağlı qərarını verib.

Apasport.az saytının məlumatına görə, Milan təmsilçisinin rəhbərliyi bununla bağlı xüsusi təşkil olunan görüşdə bir araya gəlib.

İtaliya klubunun idarəçiləri və baş məşqçi indiki böhrandan çıxış yollarını müzakirə edib. 46 yaşlı mütəxəssisə inanan klub rəhbərliyi durumu məhz onunla yaxşılaşacağına əminliyini bildirib.

Qeyd edək ki, 7 turdan sonra 12 xala malik “İnter” turnir cədvəlinin 7-ci pilləsində qərarlaşıb.
 

0