İnzaqi qovuldu
11.02.2024 - 21:22
İnzaqi qovuldu

Filippo İnzaqi "Salernitana"nın baş məşqçisi vəzifəsindən qovulub. 

Apasport.az “Tuttosport”a istinadən xəbər verir ki, İnzaqi 2023-cü ilin oktyabrında İtaliya klubuna baş məşqçi təyin edilmişdi.

“Salernitana” 24 turdan sonra İtaliya çempionatının turnir cədvəlində 13 xalla sonuncu, 20-ci yerdədir.

Klub ardıcıl altı oyunda qalib gələ bilmir. Rəhbərlik də Filipponun komandanı uğursuzluqdan çıxara bilməməsi səbəbindən postundan uzaqlaşdırıb. İnzaqi “Milan”, “Venetsiya”, “Bolonya”, “Benevento”, “Breşiya” və “Reccina” klublarında baş məşqçi kimi çalışıb.

0