“Çelsi”nin futbolçusu Temue Bakayoko karyerasını İspaniyada davam etdirə bilər. Apasport.az saytının məlumatına görə, yarımmüdafiəçisi “Sevilya”nın maraq dairəsinə düşüb.
Avropa Liqasının II təsnifat mərhələsində “Neftçi” – “Uypeşt” cütünün qalibi ilə qarşılaşacaq ispaniyalılar 23 yaşlı fransalını idarəyə götürməyə də razıdı. “Sevilya” icarə müddətində futbolçunun 6 milyon funt sterlinq təşkil edən maaşının 90 faizini ödəmək niyyətindədi.
Ötən yay “Monako”dan “Çelsi”yə keçən Bakayokonun keçidi baş tutsa, yarımmüdafiəçinin “Neftçi”nin rəqibi kimi Bakıya gəlmək imkanı qazanacaq. Lakin bunun üçün “ağ-qaralar” da “Uypeşt” səddini adlamalıdı.
- Yoxlama matçı: "Qalatasaray" 0:3-dən geri döndü
- İngiltərə Futbol Assosiasiyasından “Mançester Siti” açıqlaması: “Lazım gələrsə, tədbir görəcəyik”
- “Qalatasaray”da Lemina sevinci – Komanda ilə məşqlərə başladı
- Vitinya: “Jorje Jezuşun işi artıq nəticə verir”
- Leao Ronaldonun “7” nömrəsindən danışdı: “O, uşaqlıq kumirimdir”