İstanbul derbisinin hakimi açıqlandı
22.12.2023 - 23:51
“Fənərbaxça” – “Qalatasaray” matçının hakimi bəlli olub.
Apasport.az xəbər verir ki, İstanbul derbisini Arda Kardeşler idarə edəcək.
Türkiyə Futbol Federasiyasının Hakimlər Komitəsi 35 yaşlı referinin görüşün baş hakimi olmasına qərar verib. Bazar gününə təyin olunan qarşılaşma Bakı vaxtı ilə saat 20:00-da başlayacaq. Oyunun dördüncü hakimi isə Cihan Aydın seçilib.
Qeyd edək ki, Arda Kardeşler karyerası ərzində “Fənərbaxça” və “Qalatasaray” arasında oynanılacaq matça ilk dəfə təyinat alıb.
- “Arsenal” Arteta ilə razılığa gəldi – Yeni müqavilə imzalanacaq
- "Real"da ciddi itki: VALVERDENİN DURUMU BƏLLİ OLDU
- Tuxeldən sürpriz qərar – 16 yaşlı “Arsenal”lı İngiltərə millisinə qoşula bilər
- “Qalatasaray”a Osimhen müjdəsi – Qayıdacağı tarix bəlli oldu
- “Mançester Yunayted” Premyer Liqadan müdafiəçi seçdi
0
0