İtaliya klubunda yeni müqavilə
30.05.2023 - 17:34
İtaliya klubunda yeni müqavilə

“Torino” Yan Karamo ilə müqaviləni uzadıb.

Apasport.az saytının məlumatına görə, bunu İtaliya klubunun mətbuat xidməti açıqlayıb.

Fil Dişi Sahilindən olan 24 yaşlı forvardla yeni anlaşma 2025-ci ilin yayına qədər nəzərdə tutulub. O, 2022-ci ilin sentyabrında Turin təmsilçisinə keçib.

Qeyd edək ki, Karamo mövsümün 22 matçında 5 qol vurub.
 

0