İtaliyalı futbolçu "Beşiktaş"ın radarında
24.04.2026 - 17:21
"Venetsiya" klubunun yarımmüdafiəçisi İssa Dumbiya karyerasını Türkiyə Super Liqasında davam etdirə bilər.
Apasport.az xəbər verir ki, “Beşiktaş” italiyalı oyunçunu transfer etmək istəyir.
Bu barədə yerli mətbuat məlumat yayıb.
“Qara qartallar” 22 yaşlı futbolçu üçün onun klubuna 15 milyon avroluq təklif göndərib.
Qeyd edək ki, İssa Dumbiya bu mövsüm "Venetsiya"nın heyətində İtaliya B Seriyasında keçirdiyi 35 rəsmi matçda 8 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb. Onun klubu ilə müqaviləsi 2029-cu ilin yayına kimidir.
- Türkiyə futbolunda mərc skandalı - “Trabzonspor”un prezidenti də siyahıda
- “Roma” Messinin vida matçına iki futbolçusunu buraxmadı
- “Tottenhem” və “Aston Villa” 20 yaşlı argentinalının izində
- “Qalatasaray” milli fasilədə yoxlama matçı keçirəcək
- De Xea “Mançester Siti”yə yenə söz atdı: “Deməli, yenidən danışırıq...”
0
0