İslandiya yığmasının qapıçısı Hannes Halldorssonun “Qarabağ”a keçidində Ağdam klubunun müdafiəçisi Yakub Jezniçakın böyük rolu olub. Apasport.az saytının Polşa mətbuatına istinadən məlumatına görə, bunu Jezniçak özü bildirib.
Məsələ burasındadı ki, transferdən sonra İslandiya futbolunu şərh edən Pyotr Gedik tvitter hesabı vasitəsilə Azərbaycan çempionunun müdafiəçisinə müraciət edib. Səhifəsində “Kuba, komandanızda əla qonaq olacaq”, - yazan Gedikə cavab çox gecikməyib. 32 yaşlı müdafiəçi bu keçidin reallaşması üçün əlindən gələni etdiyini vurğulayıb: “Bilirəm. Çünki son günlər onunla telefon vasitəsilə çox danışdım və gəlməyə təşviq etdim”.
Qeyd edək ki, Hannes Halldorsson “Qarabağ”la 2 illik müqavilə bağlayıb.