Jiru ABŞ klubunda - RƏSMİ
                    
                    14.05.2024 - 20:45
                        
                     
                    “Milan”ın və Fransa millisinin hücumçusu Olivye Jiru klubunu dəyişib.
Apasport.az xəbər verir ki, 37 yaşlı forvard karyerasına ABŞ-nin “Los-Anceles” klubunda davam edəcək. Tərəflər 2025-ci ilə qədər nəzərdə tutulmuş müqavilə imzalayıblar.
Qeyd edək ki, bu mövsüm Jiru 45 matçda iştirak edib, 16 qol vurub və 9 məhsuldar ötürmə edib.
                                
                                0
                                
                                0
                            
                            
                            
                         
             
                     
                     
                                                                                                 
                                             
                                             
                                            