Juninyo: "Burda olmağım təsadüfi deyil”
22.01.2025 - 09:40
“Qarabağ”dan “Flamenqo”ya keçən Olavio Juninyonun təqdimat mərasimi keçirilib.
Apasport.az xəbər verir ki, braziliyalı hücumçu tədbirdə kluba keçidi barədə danışıb:
“Həyatımda yeni böyük sınaq vaxtıdır. “Flamenqo”ya kömək etmək üçün burdayam. Meydanda və meydandan kənarda istənilən rolda bunu etmək istəyirəm.
Menecerlər “Flamenqo”nun mənimlə maraqlandığını deyəndə inanmadım. Təklif gələndə artıq iki dəfə düşünmədim. Burda olmağım təsadüfi deyil”.
Xatırladaq ki, "Flamenqo" bu transfer üçün “Qarabağ”a 5 milyon avro ödəmişdi.
- Suzuki uğrunda yarış: PSJ və "Yuventus"
- "Arsenal"dan Vinisiusa rekord təklif – Bütün imkanlar səfərbərdir
- "Türkiyənin ən böyük klubu bizik" – İlkay Gündoğandan iddialı açıqlamalar
- "Qalatasaray" Reyndersi izləyir – "Mançester Siti" bu halda buraxacaq
- Kastro "Roma"ya, Dovbik "Bolonya"ya: 35 milyonluq transfer
0
0