[b]“Kalyari”də xorvat müdafiəçi [/b]
17.06.2018 - 14:43
[b]“Kalyari”də xorvat müdafiəçi

[/b]

Xorvatiya millisinin sabiq futbolçusu Dario Srnanın yeni klubu müəyyənləşib. Apasport.az saytının məlumatına görə, 36 yaşlı müdafiəçi karyerasını “Kalyari”də davam etdirəcək.

 

Uzun illər Ukraynanın “Şaxtyor” klubunda çıxış edən Srna yeni komandasına azad agent kimi keşəcək. Onun müqaviləsi iyunun 30-da başa çatdığından “Kalyari” xərcə düşməyəcək.