[b]Kante "Çelsi"nin ən çox qazanan futbolçusu ola bilər[/b]
31.07.2018 - 14:06
[b]Kante "Çelsi"nin ən çox qazanan futbolçusu ola bilər[/b]

“Çelsi” müqavilə müddətinin uzadılması ilə bağlı Nqolo Kante və təmsilçisi ilə danışıqları davam etdirir. Apasport.az saytının “The Times”ə istinadən məlumtına görə, tərəflər anlaşmağa yaxındılar.

 

“Çelsi” müqaviləsi 2021-ci ilə qədər nəzərdə tutulan Kanteyə daha yaxşı şərtlər təklif edir. Belə ki, anlaşma əldə olunacağı təqdirdə fransız futbolçu həftəsinə 290 min funt sterlinq qazanacaq.

 

Bu, Kantenin komanda daxilində ən çox məvacib alan futbolçu olacağı anlamına gəlir. Hazırda “Çelsi”də sözügedən status Eden Azarda (həftəlik 220 min funt sterlinq) məxsusdu.

 

Qeyd edək ki, 2016-cı ildə 30 milyon funt sterlinq qarşılığında “Çelsi”yə transfer olunan Nqolo Kante ötən mövsüm 34 Premyer Liqa matçında meydana çıxmışdı.

0