“İnter”in baş direktoru Cüzeppe Marotta slovakiyalı mərkəz müdafiəçisi Milan Şkrinyarın müqaviləsi ilə bağlı vəziyyəti şərh edib.
Apasport.az saytının məlumatına görə, o, 27 yaşlı futbolçunun komandada qalmasını arzuladıqlarını söyləyib.
Marotta kapitanla tezliklə yeni müqavilə imzalanacağına ümid edir: “Şkrinyar yeni müqaviləyə layiqdir. Ümid edirik ki, ən qısa zamanda yeni sözləşmədə razılıq əldə edəcəyik. Mən buna optimistəm. İstəyirik ki, o, “İnter”in simvolu olsun”.
Qeyd edək ki, Milan Şkrinyarın “İnter”lə hazırkı müqaviləsi mövsümün sonuna qədərdir. Müdafiəçi PSJ və “Barselona”nın da maraq dairəsindədir.
- “Mançester Siti” Enzo Fernandezdən əl çəkmir – Danışıqlar yenidən başlayır
- Kanselo “Barselona”ya qayıdır – Portuqaliyalı İspaniyada
- Qakpo “Liverpul”u tərk edir – “Tottenhem”lə razılaşdı
- Rodrinin əvəzləyicisi tapıldı – “Mançester Siti” 18 yaşlı ulduzu transfer edir
- Günün canlı yayımlanacaq matçları - TV AFİŞA