[b]Karyerasını bitirməyə hazırlaşırdı, “Səbail”ə keçdi[/b]
28.07.2018 - 13:18
[b]Karyerasını bitirməyə hazırlaşırdı, “Səbail”ə keçdi[/b]

“Səbail”in yenicə heyətinə qatdığı braziliyalı müdafiəçi Enrike Moura Perilyo karyerasını bitirməyə hazırlaşırmış. Apasport.az saytı xəbər verir ki, bu barədə məlumatı Kosta-Rika mətbuatı yayıb.

 

Bildirilir ki, bu ölkədən olan Vivian Kampos 27 yaşlı futbolçunun həyat yoldaşıdı. Kosta-Rika yığmasının sabiq futbolçusu Qabriel Badilyadan ayrılan Kampos bu yaxınlarda Moura ilə ailə həyatı qurub.

 

Diqqətçəkən məqam Enrike Mouranın rəssamlıq bacarığının yüksək olmasıdı. O, məhz Kamposla birlikdə bu işlə peşəkar şəkildə məşğul olmaq üçün futbolçu karyerasını başa vurmağa hazırlaşırmış. Lakin “Deportivo Saprissa”dan ayrılan oyunçu “Səbail”in təklifini qəbul edib və cütlük bundan sonra ölkəmizdə yaşayacaq.

 

Qeyd edək ki, Enrike Moura Perilyo “Səbail”lə 1+1 illik müqavilə imzalayıb.