[b]Kavani getsin, Suares gəlsin – Neymarın tələbi[/b]
08.07.2018 - 19:18
[b]Kavani getsin, Suares gəlsin – Neymarın tələbi[/b]

PSJ-nin superulduzu Neymar klub rəhbərliyindən hücumçu Edinson Kavaninin satılmasını tələb edib. Apasport.az saytının İspaniya mətbuatına istinadən məlumatına görə, braziliyalı sabiq komanda yoldaşı Luis Suaresi komandasında görmək istəyir.

 

Kavani ilə münasibətləri qaydasında olmayan Neymar onun bu yay satılması üçün rəhbərliklə görüşüb. O, hesab edir ki, hücumun mərkəzinə ən ideal namizəd digər uruqvaylı Suaresdi. Neymar bunun baş verəcəyi təqdirdə PSJ-də qalacağını bildirib.

 

Qeyd edək ki, Neymar hazırda “Real”ın maraq dairəsindədi.