Kaysedo “Arsenal”da
05.06.2023 - 14:41
Kaysedo “Arsenal”da

İngiltərədə "Brayton"un futbolçusu Moyses Kaysedo karyerasını "Arsenal"da davam etdirəcək.

Apasport.az saytı xəbər verir ki, 21 yaşlı ekvadorlu London klubu ilə müqavilənin şərtlərini razılaşdırıb. 

Başqa bir ingilis klubu “Çelsi” yarımmüdafiəçiyə daha yüksək məbləğli maaş təklif etsə də, Kaysedo seçimini “topçular”ın xeyrinə edib. Klublar arasında davam edən danışıqların yaxın vaxtlarda rəsmiləşəcəyi bildirilir.

Qeyd edək ki, son mövsümdə 43 matçda iştirak edən gənc futbolçu 1 qol vurub, 1 məhsuldar ötürmə edib.

0