“Keşlə”nin Avropa Liqasının I təsnifat mərhələsində “Baltsan”la keçirəcəyi ilk oyunun stadionu və başlama saatı dəyişdirilib. Apasport.az-ın UEFA-nın rəsmi saytına istinadən məlumatına görə, iyulun 12-də baş tutacaq qarşılaşma Ta Qalidə oynanılacaq.
İlk olaraq görüş Milli Arenaya salınsa da, sonradan dəyişdirilib. Təmsilçimiz səfər matçını 3000 tamaşaçı tutumuna malik “Çentenari” stadionunda keçirəcək. Oyun Bakı vaxtı ilə 20:00-da start götürəcək. Bu stadiondan əsasən Maltanın aşağı yaş qrupu üzrə yığmaları istifadə edir.
Qeyd edək ki, bu komandalar arasında cavab qarşılaşması iyulun 19-da olacaq.