[b]“Keşlə” 6 futbolçu ilə anlaşdı[/b]
04.06.2018 - 13:04
[b]“Keşlə” 6 futbolçu ilə anlaşdı[/b]

Azərbaycanı Avropa Liqasında təmsil edəcək “Keşlə” aparıcı futbolçuları ilə danışıqları yekunlaşdırmaq üzrədi. Apasport.az saytının məlumatına görə, paytaxt təmsilçisində artıq bir neçə oyunçunun taleyinə aydınlıq gəlib.

 

Mövsüm başa çatar-çatmaz ilk olaraq Vaqif Cavadov, Andre Klennon və Adrian Skarlatake ilə yeni müqaviləni razılaşdıran bakılılar daha 6 futbolçu ilə ortaq məxrəcə gəliblər. Belə ki, müdafiəçilər Sərtan Taşkın, Tərlan Quliyev, Slavik Alxasov, həmçinin yarımmüdafiəçilər Fuad Bayramov, Məmməd Quliyev və Əlibəy Məmmədlinin də klubla yeni sözləşmə imzalayacağı dəqiqləşib.

 

Braziliyalı Denis Silva ilə danışıqlar müsbət yöndə davam edir və müdafiəçinin də “Keşlə”də qalması gözlənilir.

 

Rəhbərlik qapıçılar Orxan Sadıqlı, Kamran Ağayev və yarımmüdafiəçi Sezar Meza Kollini də komandada saxlamaqda maraqlıdı. Adıçəkilən oyunçularla danışıqlar davam edir. Hər 3 oyunçunun başqa təklifləri də var.

 

Qeyd edək ki, hələlik Məqsəd İsayevlə yollarını ayıran “Keşlə”də məşqçilər korpusu yarımmüdafiəçilər Pablo Podio, Herve Tçami və hücumçu Pərdis Fərcad-Azadın xidmətində maraqlı deyil.