[b]“Keşlə” Türkiyədən Maltaya gedir[/b]
09.07.2018 - 01:28
[b]“Keşlə” Türkiyədən Maltaya gedir[/b]

Azərbaycanı Avropa Liqasında təmsil edəcək “Keşlə” Türkiyədəki təlim-məşq toplanışını başa vurub. Apasport.az-ın klubun feysbuk səhifəsinə istinadən məlumatına görə, komanda son gündə 2 məşq keçib.
 

Yuri Maksimovun yetirmələri sabah İstanbula gedərək, ordan Maltaya yola düşəcək.

 

“Keşlə” iyulun 12-də AL-in I təsnifat mərhələsi çərçivəsində yerli “Baltsan” klubunun qonağı olacaq.