2018/19 mövsümünə Türkiyədə hazırlaşan “Keşlə” bu gün növbəti yoxlama oyununu keçirib. Apasport.az saytının məlumatına görə, paytaxt təmsilçisi Estoniyanın “Levdiya” klubu ilə görüşüb.
Bu matç Yuri Maksimovun yetirmələrinin qonşu ölkədə ikinci sınağı olub. Bakılılar bunadək Bosniya və Herseqovinanın “Çelik” klubu ilə qarşılaşıb.
İlk matçında 0:2 hesabı ilə uduzan “Keşlə” daha zəif rəqiblə görüşdə də yenilgi ilə üzləşib. Bakılılar hər hissədə bir dəfə fərqlənmələrinə baxmayaraq, meydanı məğlub tərk edib - 2:3.
Yoxlama oyunu
3 iyul
“Keşlə” – “Levadiya” (Estoniya) - 2:3
Qollar: Denis Silva, Azər Salahlı