Yeni mövsümün hazırlıqlarını Türkiyədə davam etdirən “Keşlə” növbəti yoxlama matçına çıxıb. Apasport.az saytının məlumatına görə, bu, Yuri Maksimovun komandasının 3-cü sınaq oyunu olub.
Paytaxt təmsilçisi Təbrizin “Traktorsazi” klubu ilə qarşılaşıb. Matçdan 2:0 hesablı qalibiyyətlə ayrılan İran təmsilçisi kobud oyunla daha çox diqqət çəkib. Məhz bu üzdən Maksimov aparıcı futbolçularını qorumaq məqsədilə onları əvəzləyib.
Qeyd edək ki, əvvəlki iki görüşündə də qələbə üzü görməyən “Keşlə” iyunun 30-da Bosniya və Herseqovinanın “Çelik”, iyulun 3-də isə Estoniya təmsilçisi “Levadiya” ilə qarşılaşıb və uyğun olaraq 0:2 və 2:3 hesablı məğlubiyyətə uğrayıb.
Yoxlama matçı
6 iyul
“Keşlə” (Bakı, Azərbaycan) – “Traktorsazi” (Təbriz, İran) - 0:2