[b]Kintananın durumuna aydınlıq gəldi[/b]
20.07.2018 - 13:41
[b]Kintananın durumuna aydınlıq gəldi[/b]

“Qarabağ” ciddi itki ilə üzləşib. Apasport.az-ın klubun saytına istinadən məlumatına görə, yarımmüdafiəçi Dani Kintana sıradan çıxıb.

 

Çempionlar Liqasının I təsnifat mərhələsində “Olimpiya” ilə cavab qarşılaşmasında zədələnən ispaniyalı futbolçu tibbi müayinədən keçib. Məlum olub ki, Daninin əzələsində dartılma olub. Həkimlər futbolçunun yalnız 1 həftədən sonra fərdi məşqlərə başlayacağını bildiriblər. Bu isə o deməkdi ki, Kintana II təsnifat mərhələsində “Kukesi” ilə ilk görüşü buraxacaq.

 

Qeyd edək ki, “Kukesi” – “Qarabağ” matçı iyulun 25-də keçiriləcək.

0