Klopp narazıdır: “Təqvim dəyişməlidir”
06.08.2022 - 16:19
Klopp narazıdır: “Təqvim dəyişməlidir”

“Liverpul”un baş məşqçisi Yurgen Klopp bu il keçiriləcək dünya çempionatının futbolçuların vəziyyətinə təsiri səbəbindən Premyer Liqa mövsümünün təqvimindən narazılıq bildirib.

Apasport.az saytının məlumatına görə, almaniyalı mütəxəssis Qətərdəki mundialın uğursuz vaxtda keçiriləcəyini, bu üzdən futbolçularda problem yaranacağını düşünür.

Klopp hesab edir ki, aidiyyəti qurumlar məsələni öz aralarında müzakirə etməlidir: “Əgər bütün futbolçulara fasilə verirsə, bu, yaxşıdır. Ancaq problem dünya çempionatında çıxış edəcək futbolçulardadır. Bu düzgün deyil, amma çoxdan qərarlaşıb. Bu haqda danışmağa başlayanda çox əsəbiləşirəm. Hamı bunun səhv olduğunu bilsə də, heç kim danışmır ki, dəyişiklik edilsin. Nəsə dəyişməlidir. Niyə bu haqda danışmırıq və təqvimi düzgün qurmuruq? FIFA, Premyer Liqa, FA, bir-birinizlə danışıq aparmağa başlayın. Dünya çempionatı uyğun olmayan vaxtda baş tutacaq”.

Qeyd edək ki, DÇ-2022 noyabr-dekabr aylarında Qətərdə keçiriləcək.

0
Loading...