Kiprin “Karmiotissa” futbol klubunun prezidenti Stavros Dimostenus güllələnib.
Apasport.az xarici mediaya istinadla bildirir ki, hadisə Limassol avtomagistralında baş verib.
Naməlum motosikletçi Dimostenusun avtomobilinə atəş açıb. Hadisədən əvvəl mikroavtobusla onun maşınının qarşısını kəsiblər.
“Karmiotissa” klubunun prezidenti aldığı güllə yaralarından tibb müəssisəsinə aparılarkən yolda dünyasını dəyişib.
Hadisə yerində polis əməkdaşları işləyir, magistral yol bağlanıb.
Qeyd edək ki, ötən mövsümün yekunlarına əsasən Kiprin “Karmiotissa” klubu ölkə çempionatının birinci divizionundan aşağı liqaya düşüb.
- “Qalatasaray”da Lemina sevinci – Komanda ilə məşqlərə başladı
- Vitinya: “Jorje Jezuşun işi artıq nəticə verir”
- Leao Ronaldonun “7” nömrəsindən danışdı: “O, uşaqlıq kumirimdir”
- Edin Ceko Bosniya millisi ilə vidalaşır – Sarayevoda nəhəng “11” forması - FOTO
- MHK sədri Ferhat Gündoğdu və 6 şübhəli məhkəməyə göndərildi