[b]Klublarımızın Avropada tarixi qolu[/b]
13.07.2018 - 10:13
[b]Klublarımızın Avropada tarixi qolu[/b]

Azərbaycan klubları Avropa Liqasında tarixi qola imza atıb. Apasport.az saytının məlumatına görə, komandalarımız 1994-cü ildən qatıldığı və 2009-cu ilədək UEFA kuboku adlanan yarışda cari mövsümədək 196 qol vurmuşdu.

 

Təmsilçilərimizin dünən vurduğu 4-cü, həm də sonuncu top yubiley xarakteri daşıyıb. 200-cü qolun müəllifi Emin Mahmudov olub. O, “Neftçi”nin “Uypeşt”lə görüşündə fərqlənib.

 

Beləliklə, Azərbaycan klubları UEFA kuboku/Avropa Liqasında keçirdiyi 209 matçda vurulan top sayını 200-ə çatdırıbsa, buraxılan qollar 312-yə yüksəlib.

 

Qeyd edək ki, bu turnirdə ilk qolumuz 1995-ci il avqustun 22-də vurulub. Yadigar Süleymanov həm də avrokuboklarda ilk qolu Avstriyada yerli “Austriya”nın qapısından keçirib.