Azərbaycanın gənclər yığmasının üzvü Ozan Can Kökcü ilə bağlı yekun qərar verilib. Apasport.az saytının Türkiyə mətbuatına istinadən məlumatına görə, gənc oyunçu “Bursaspor”da qalıb.
Baş məşqçi Samet Aybaba əvvəlcə onun icarəyə verilməsinin tərəfdarı idi. Lakin arzulanan transferlərin reallaşmaması 20 yaşlı yarımmüdafiəçi ilə yanaşı, bir neçə gənc oyunçunun komandada qalmasına səbəb olub. Superliqa matçlarında orta sahədə Stefan Badyi, Aytaç Kara və Şehu Abdullahiyə güvənəcək çalışdırıcı üçün Ozan Can onlara alternativ olacaq.
Qeyd edək ki, Ozan Can Kökcü ötən mövsümü icarə əsasında “Valveyk”də keçirib.