[b]Kolumbiyalı Kamran Quliyevin təklifini rədd etdi[/b]
05.06.2018 - 11:08
[b]Kolumbiyalı Kamran Quliyevin təklifini rədd etdi[/b]

"Neftçi"nin yeni rəhbərliyinin Mayk Kampazı göndərmək cəhdləri uğursuzluqla nəticələnib. Apasport.az xəbər verir ki, Kamran Quliyevin müqaviləsini ləğv etməyə çalışdığı kolumbiyalı futbolçu "Neftçi"dən getməyə razılıq verməyib.

 

Bu barədə Sportlife.az-a kluba yaxın olan mənbədən məlumat daxil olub. Mənbə bildirir ki, klub prezidenti yarımmüdafiəçiyə 3 aylıq maaşını birbaşa ödəmək təklif edərək müqavilənin ləğv edilməsinə imza atmasını istəyib. Kampaz isə Quliyevin bu təklifinə rədd cavabı verib. O, klub rəhbərliyinə müqaviləsi bitənədək Azərbaycanda qalacağını bildirib və ölkəsinə istirahətə yollanıb. 


Qeyd edək ki, Kampazın klubla müqaviləsinin müddəti dekabrda başa çatacaq.