[b]Konte "Çelsi"dən ayrıldı - RƏSMİ[/b]
13.07.2018 - 13:23
“Çelsi”nin baş məşqçisi Antonio Konte tutduğu postdan azad edilib. Apasport.az-ın klubun saytına istinadən məlumatına görə, “zadəganlar” italiyalı mütəxəssisin komandadan ayrıldığını açıqlayıb.
Konteni “Napoli”nin sabiq çalışdırıcısı Mauritsio Sarrinin əvəzləyəcəyi gözlənilir.
Qeyd edək ki, 2016-cı ildən “Çelsi”yə rəhbərlik edən Antonio Konte London klubu ilə 1 dəfə İngiltərə Premyer Liqasının, 1 dəfə isə Federasiya kubokunun qalibi olub.
0
0