[b]“Kukesi” qapıçısını dəyişdi[/b]
01.08.2018 - 09:51
[b]“Kukesi” qapıçısını dəyişdi[/b]

Çempionlar Liqasının II təsnifat mərhələsində “Qarabağ”la qarşılaşacaq “Kukesi” heyətində dəyişiklik edib. Apasport.az-ın Albaniyanın sportekspres.com saytına istinadən məlumatına görə, ağdamlıların rəqibi qapıçı Faton Malokunu Bakıya gətirməyib.

 

Buna səbəb kosovoluya viza verilməməsidi. Avropa Liqasının ilk 3 qarşılaşmasında ehtiyatda oturan Malokunu bugünkü matçda gənc Yetmir Başa əvəz edəcək.

 

“Kukesi”nin digər kosovoluları – yarımmüdafiəçilər Donjet Şkodra və Besar Musolli isə bu baxımdan problem yaşamayıblar. Çünki Şkodranın Belçika, Musollinin isə Albaniya vətəndaşlı var.

 

Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək “Qarabağ” – “Kukesi” görüşü 21:00-da start götürəcək.