[b]“Kukesi”də super mükafat vədi[/b]
01.08.2018 - 12:51
[b]“Kukesi”də super mükafat vədi[/b]

Çempionlar Liqasının II təsnifat mərhələsində “Qarabağ”ın qonağı olacaq “Kukesi” qələbəyə köklənib. Apasport.az saytının Albaniya mətbuatına istinadən məlumatına görə, Kukes klubu bunu bacaracağı halda yüksək məbləğdə mükafat əldə edəcək.

 

Bildirilir ki, “Valletta” üzərindəki zəfərə görə futbolçulara vəd etdiyi 100 min avronu verən klub prezidenti Safet Qyiçi Bakı səfəri öncəsi komanda ilə görüş keçirib. O, “Qarabağ” səddinin də keçilməsi təqdirində, super mükafat verəcəyini söyləyib. Lakin mükafatın məbləği açıqlanmayıb.

 

Qeyd edək ki, ilk oyunda qolsuz bərabərə qalan “Qarabağ”la “Kukesi” bu gün Tofiq Bəhramov adına Respublika Stadionunda cavab matçına çıxacaqlar.