[b]“Kukesi”nin Bakı proqramı açıqlandı[/b]
30.07.2018 - 10:22
[b]“Kukesi”nin Bakı proqramı açıqlandı[/b]

Çempionlar Liqasının II təsnifat mərhələsində “Qarabağ”ın qonağı olacaq “Kukesi”nin səfər proqramı müəyyənləşib. Apasport.az saytının yerli mətbuata istinadən məlumatına görə, Albaniya təmsilçisi bu gün ölkəmizə gələcək.

 

Komandanı gətirəcək təyyarə Bakı vaxtı ilə 23:00-da Tirana-İstanbul-Bakı marşrutu üzrə hərəkət edəcək. Albanların paytaxtımızda bahalı otellərdən birində məskunlaşacağı vurğulanıb. Ağdam təmsilçisinin rəqibi avqustun 3-də səhər saatlarında Bakı-İstanbul-Tirana reysi üzrə ölkəsinə qayıdacaq.

 

Qeyd edək ki, “Qarabağ” – “Kukesi” qarşılaşması avqustun 1-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək.