[b]“Kukesi”nin futbolçuları “Keşlə”yə keçə bilər[/b]
31.07.2018 - 11:06
“Keşlə” daha 2 əcnəbi futbolçu ilə heyətini gücləndirə bilər. Apasport.az-ın Albaniyanın vipsport.al saytına istinadən məlumatına görə, paytaxt təmsilçisi “Qarabağ”ın Çempionlar Liqasının II təsnifat mərhələsindəki rəqibi “Kukesi”nin oyunçularına “elçi düşüb”.
“Keşlə”yə yeni baş məşqçi təyin edilən Mladen Milinkoviç vaxtilə rəhbərliyi altında çıxış etmiş mərkəz müdafiəçisi Rustem Noxa və yarımmüdafiəçi Valon Etheminin xidmətində maraqlıdı.
Serbiyalı mütəxəssis albanların “Qarabağ”la oyun üçün Bakıya gəlməsindən yararlanaraq, adıçəkilən oyunçuları bu keçidə razı salmağa çalışır.
0
0