[b]Kurtua Madriddə ev axtarır[/b]
18.07.2018 - 16:33
“Çelsi”nin qapıçısı Tibo Kurtua “Real”a keçməyə hazırlaşır. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, ulduz futbolçunun transferi yaxın günlərdə rəsmiləşəcək.
“Kral klubu” ilə ortaq məxrəcə gələn Belçika millisinin qolkiperi artıq Madriddə özünə ev axtarır. Bu keçidin ispanlara 35 milyon avroya başa gəlməsi, 26 yaşlı qolkiperin yeni klubu ilə 4 illik müqavilə bağlaması gözlənilir.
Qeyd edək ki, Tibo Kurtua 2011-2014-cü illərdə icarə əsasında Madridin digər klubu “Atletiko”nun formasını geyinib. O, 2011-ci ildən müqavilə ilə “Çelsi”yə məxsusdu.
- A Seriyasında ayın ən yaxşı oyunçusu bəlli olub
- Nasser çağırdı, 138 üzv səs verdi: Dursun Özbek idarə heyətinə seçildi
- Sanço qərarını verdi – Yeni klub üçün qışa qədər gözləyəcək
- 15 klub razılaşsa, “Mançester Siti” Premyer Liqadan gedəcək
- Sanki Ronaldonun gedişini gözləyirdilər – “7 nömrə” Leaoya verildi
0
0