Kyellini yenidən "Yuventus"da - RƏSMİ
15.09.2024 - 14:53
Kyellini yenidən "Yuventus"da - RƏSMİ

Corcio Kyellinin yeni iş yeri bəlli olub.

Apasport.az xəbər verir ki, o, "Yuventus"a qayıdıb.

Bunu klubun mətbuat xidməti açıqlayıb. Futbolçu karyerasını başa vuran Avropa çempionu sabiq klubunda çalışacaq. O, turinlilərin futbol qurumları ilə əlaqələr departamentinin rəhbəri təyin olunub.

Qeyd edək ki, Kyellini 2005-22-ci illərdə "Yuventus"un şərəfini qoruyub.

 

0