La Liqa oyunlarında itlərə icazə
25.06.2022 - 17:26
La Liqa oyunlarında itlərə icazə

İspaniyanın “Jirona” qeyri-adi addım atmağı planlaşdırır.

Apasport.az saytının məlumatına görə, komandanın La Liqa oyunlarına gələn azarkeşlər tribunalarda öz itləri ilə birlikdə oyunu izləyə biləcək.

Belə addım atılmasında klubun yeni sponsorlarının rolu olub. La Liqa təmsilçisi it yemi hazırlayan şirkətlə əməkdaşlığa başlayıb. 

Yaxın müddətdə bu qaydanın necə tənzimlənəcəyi dəqiqləşəcək. İtlər üçün xüsusi sektorun ayrılması da nəzərdən keçirilir.

Qeyd edək ki, ötən mövsüm Sequndada 6-cı yeri tutan “Jirona” pley-offdakı qələbə sayəsində La Liqaya yüksəlib.
 

0