Çempionlar Liqasının yarımfinal mərhələsində ən çox oyun keçirən futbolçular bəlli olub.
Apasport.az saytının məlumatına görə, mərhələnin rekordçusu Kriştiano Ronaldodur.
Portuqaliyalı bu raundda 21 matçda iştirak edib. Onun ən yaxın izləyicisi Pako Gento iki oyun geri qalır.
Ümumiyyətlə, cəmi 8 futbolçu 15 və ya daha çox yarımfinal görüşünə çıxıb. Onlardan heç biri cari mövsüm bu rəqəmi artıra bilməyəcək. Bu oyunçulardan yeddisi İspaniya klubları ilə bağlıdır. Yalnız Tomas Müller istisnadır.
1. Kriştiano Ronaldo (“Mançester Yunayted”, “Real”) - 21
2. Pako Gento (“Real”) – 19
3. Xabi Alonso (“Liverpul”, “Real”, “Bavariya”) – 17
4-5. Xavi (“Barselona”) – 16
Serxio Ramos (“Real”) – 16
6-8. Alfredo di Stefano (“Real”) – 15
Lionel Messi (“Barselona”) – 15
Tomas Müller (“Bavariya”) – 15