[b]"Legiya"ya qələbə yetmədi, “Dinamo” və "Şkendiya" növbəti mərhələdə - YENİLƏNİB[/b]
01.08.2018 - 00:27
[b]"Legiya"ya qələbə yetmədi, “Dinamo” və "Şkendiya" növbəti mərhələdə - YENİLƏNİB[/b]

Çempionlar Liqasında II təsnifat mərhələsinin cavab oyunlarına start verilib. Apasport.az saytının məlumatına görə, tur çərçivəsində 3 qarşılaşma keçirilib.

 

Növbəti raunda ilk vəsiqələr İsrail və Moldovadakı matçlarda sahibini tapıb. Səfərdən məğlub dönən “Hapoel” və “Şerif” doğma azarkeşlər önünə çıxıb.

 

Sonuncular “Şkendiya”ya qol vura bilməyib və mübarizəsini başa çatdırıb. İsraillilər isə gözənildiyi kimi möcüzəni gerçəkləşdirə bilməyib. Zaqreb “Dinamo”su 5 topluq üstünlükdən sonra səfərdə də uduzmayaraq (2:2) növbəti mərhələyə yüksəlib.

 

Günün son matçı Slovakiyada keçirilib. Öz meydanında gözlənilməz məğlubiyyət alan “Legiya” səfərdə qələbə qazansa da, bu, mərhələ keçmək üçün bəs etməyib.

 

Çempionlar Liqası

II təsnifat mərhələsi, cavab oyunları

31 iyul

 

“Hapoel” (Beer-Şeva, İsrail) - “Dinamo” (Zaqreb, Xorvatiya) - 2:2

Qollar: Oqu, 14, Stoyanoviç, 34 (avtoqol) - Budimir, 49, Hayroviç, 54

İlk oyun – 0:5

 

“Şerif” (Moldova) - “Şkendiya” (Makedoniya) - 0:0

İlk oyun – 0:1

 

“Spartak” (Trnava, Slovakiya) - “Legiya” (Varşava, Polşa) - 0:1

Qol: Asitz, 63

İlk oyun – 2:0