“Leyptsiq”in ardıcıl ikinci kuboku
04.06.2023 - 01:34
“Leyptsiq”in ardıcıl ikinci kuboku

Almaniya kubokunun qalibi bəlli olub.

Apasport.az-ın məlumatına görə, “Leyptsiq” ardıcıl ikinci dəfə titulu qazanıb.

Berlinin “Olimpiya” stadionunda keçirilən qarşılaşma 2:0 hesabı ilə başa çatıb. Fasilədən sonra iki qol vuran Mark Rozenin komandası inamlı qələbə qazanıb. Nkunku və Szoboslay fərqləniblər.

Qeyd edək ki, “Leyptsiq” son 5 ildə dörd dəfə finalda mübarizə aparıb. İlk iki finalda uduzan komanda son iki mövsümdə azarkeşlərini sevindirib. 

Almaniya kuboku
Final

“Leyptsiq” – “Ayntraxt” – 2:0
Qollar: Nkunku, 71, 85.
 

0