"Arsenal"dan qələbə, "Çelsi" və "Liverpul"dan xal itkisi - YENİLƏNİB
04.12.2025 - 02:12
"Arsenal"dan qələbə, "Çelsi" və "Liverpul"dan xal itkisi - YENİLƏNİB

Futbol üzrə İngiltərə Premyer Liqasında 14-cü turun oyunları davam edir.

Apasport.az xəbər verir ki, günə 6 qarşılaşma ilə yekun vurulacaq. 

Lider "Arsenal" doğma meydanda "Brentford"u məğlub edib: 2:0. Merino və Saka "topçular"a qalibiyyəti gətirən qolları vurub. 

"Kristal Pelas" "Börnli" səfərindən 3 xalla qayıdıb: 1:0.

"Vulverhempton" "Nottingem"ə 0:1 hesabı ilə məğlub olaraq ardıcıl 8-ci məğlubiyyətini yaşayıb.

"Brayton" - "Aston Villa" matçında isə nə az, nə çox 7 qol vurulub. Nəticədə gülən tərəf qonaqlar olub: 3:4.

"Lids" evində "Çelsi"ni qəbul edib. "Zadəganlar" bu səfərdən xalsız ayrılıb, autsayder "Lids" inamlı qələbə qazanıb: 3:1.

"Liverpul" isə mövsümün sürpriz komandalarından olan "Sanderlend"ə "Enfild Roud"da "diş keçirə bilməyib" - 1:1.