Liqa 1-də onlar qədər qazanan yoxdur – “10-luq”
01.04.2023 - 11:27
Liqa 1-də onlar qədər qazanan yoxdur – “10-luq”

Fransa Liqa 1-də çıxış edən futbolçuların aylıq əməkhaqqı cədvəli açıqlanıb.

Apasport.az saytı xəbər verir ki, vergilər çıxarıldıqdan sonra ən yüksək məbləği PSJ-nin legioneri Kilian Mbappe alır.

O, 1 aya 6 milyon avro qazanır. 

Yalnız Paris təmsilçilərinin yer aldığı ilk “onluq”da ikinci pillədə Braziliya millisinin kapitanı Neymar qərarlaşıb – 3,675 milyon avro. “Üçlüy”ü isə Argentina millisinin lideri Lionel Messi qapayır. Onun klubda aylıq gəliri 3,375 milyon avrodur.

“L'Equipe” nəşri tərəfindən hər il tərtib edilən cədvəl aşağıdakı kimidir:

1. Kilian Mbappe - 6 milyon avro;
2 .Neymar - 3,675 milyon;
3. Lionel Messi - 3,375 milyon;
4-5. Markinyoş və Marko Verratti - hər biri 1,2 milyon;
6. Əşrəf Hakimi - 1,083 milyon;
7. Canluici Donnarumma - 916 min;
8. Serxio Ramos - 791 min;
9. Xuan Bernat - 730 min;
10. Nordi Mukiele - 700 min.

0