[b]“Liverpul” argentinalı ulduza görə 90 milyonundan keçməyə razıdı
[/b]
11.07.2018 - 16:45
“Yuventus”un hücumçusu Paulo Dibala hələ də “Liverpul”un maraq dairəsindədi. Apasport.az saytının “TyC Sports”a istinadən məlumatına görə, Mersisayd təmsilçisi argentinalıya görə 90 milyon avro ödəməyə hazırdı.
Kriştianu Ronaldonun “Real”dan “Yuventus”a transfer olunmasının ardından Dibalanın komandanı tərk edəcəyinə dair söz-söhbətlər artıb.
Yaxın günlərdə “Yuventus” rəhbərliyinin Qonsalo İquain və Paulo Dibala ilə bir araya gələcəyi gözlənilir. 25 yaşlı futbolçunun planlarının hansı yöndə olduğu barədə məlumat yoxdu.
0
0