[b]“Liverpul” Dibaladan imtina etdi[/b]
10.07.2018 - 15:24
“Yuventus”un hücumçusu Paulo Dibalanın İngiltərə macərası baş tutmayacaq. Apasport.az saytının “Liverpool Echo”ya istinadən məlumatına görə, “Liverpul” argentinalı futbolçudan imtina edib.
Daha öncə Kriştianu Ronaldonun “Yuventus”a keçməsi halında Dibalanın Mersisayd klubuna satılacağı barədə xəbərlər yayılmışdı.
Qeyd edək ki, 2017-18 mövsümündə İtaliya A Seriyasında 33 matçda meydana çıxan Paulo Dibala 22 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.
0
0