"Liverpul" fərqi 5-ə yüksəltdi - YENİLƏNİR
29.01.2026 - 01:16
"Liverpul" fərqi 5-ə yüksəltdi - YENİLƏNİR

“Qarabağ” bu gün UEFA Çempionlar Liqasının Liqa mərhələsində sonuncu oyuna çıxacaq.

Apasport.az xəbər verir ki, Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv səfərdə “Liverpul”la qarşılaşacaq. Görüşə saat 00:00-da start veriləcək.

“Qarabağ” 10 xalla turnir cədvəlində 18-cidir. “Liverpul” isə 15 xalla 4-cü pillədədir.

UEFA Çempionlar Liqası

Liqa mərhələsi, VIII tur

00:00. "Liverpul" – "Qarabağ" - 5:0

Qollar: A.Mak Allister, 15, 61, F.Virts, 21, M.Salah, 50, H.Ekitike, 57

Baş hakim: İvan Kurjlyak

“Enfild Rod”