“Liverpul” yay “transfer pəncərəsi”ndə qapıçıları Loris Karius və Simona Minyole ilə yollarını ayırmağa hazırlaşır. Apasport.az saytının “The Telegraph”a istinadən məlumatına görə, mövsümlərarası fasilədə Bernd Lenonu “Arsenal”a satan “Bayer” Kariusun xidmətində maraqlıdı, Minyolenin adı isə “Barselona” ilə birgə hallanır.
Buna baxmayaraq, “Liverpul” onların yerini yeni transferlərlə doldurmaq niyyətində deyil. Gənclər - Kamil Qrabar və Kaoymin Kelleherin ikinci və üçüncü qapıçılar olacağı gözlənilir.
Qeyd edək ki, “Liverpul” yay “transfer pəncərəsi”ndə “Roma”dan Alisonu transfer etmişdi.