“Liverpul” Salaha əvəzləyici tapıb
09.04.2024 - 17:19
Yay “transfer pəncərəsi”ndə "Liverpul" Səudiyyə Ərəbistanı klublarının maraqlandığı ulduz hücumçu Məhəmməd Salahı sata bilər.
Apasport.az “Transfer News Live”a istinadən xəbər verir ki, klub rəhbərliyi misirlinin yerinə üç namizəd seçib.
Niko Uilyams (“Atletik Bilbao”), Florian Virtz (“Bayer”) və Pedro Neto (“Vulverhempton”) “Liverpul”un maraq dairəsindədir.
Qeyd edək ki, “Transfermarkt” portalı 24 yaşlı Netonu 55 milyon avro, 21 yaşlı Uilyamsı 50 milyon, 20 yaşlı Virtzi isə 100 milyon avro olaraq qiymətləndirir.
- Braziliya Avstraliya ilə bacarmayıb
- Zidan Fransada yeni qadağa qoydu – Bərbərlər bazaya buraxılmayacaq
- Dursun Özbekdən Okan Buruka tam dəstək – “27-ci çempionluğa gedirik”
- Almaniya millisində iki ciddi itki – Musiala və Haverts sıradan çıxdı
- Serdal Adalıdan “Qalatasaray”a atmaca: "Allah onlara səbir versin"
0
0