"Liverpul" "Sportinq"in çalışdırıcısı Amorim üçün yarışa liderlik edir
03.04.2024 - 10:36
"Liverpul" "Sportinq"in çalışdırıcısı Amorim üçün yarışa liderlik edir

"Sportinq"in çalışdırıcısı Ruben Amorim "Liverpul"da Yurgen Kloppu əvəz etməyə prioritet namizəd olaraq qalır.

Apasport.az xəbər veri ki, portuqaliyalı Xabi Alonso "Bayer Leverkuzen"də qalmaq qərarını elan etdikdən sonra "qırmızılar"ın əsas favoriti olub.

"Barselona" və "Çelsi"nin də maraq dairəsində olan Amorim uğrunda yarışa məhz "Liverpul" rəhbərlik edir.

39 yaşlı mütəxəssislə bağlı danışıqlar davam edir.

Xatırladaq ki, Ruben Amorim İngiltərə klubuna mentor təyin olunarsa, “Liverpul” baş məşqçinin hazırkı müqaviləsində göstərildiyi kimi “Sportinq”ə 15 milyon avro məbləğində cərimə ödəməli olacaq.
 

0