“Liverpul”dan “Brentford”a - RƏSMİ
03.06.2025 - 19:28
“Liverpul”dan “Brentford”a - RƏSMİ

"Liverpul"un qolkiperi Kuivin Kelleher komandasını dəyişib.

Apasport.az xəbər verir ki, "Brentford" 26 yaşlı qapıçını heyətinə qatıb.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Premyer Liqa klubu irlandiyalı ilə 2030-cu ilə qədər müqavilə imzalayıb.

Tərəflər arasında razılaşmaya əsasən, "Liverpul" futbolçunun satışından 14,25 milyon avro gəlir əldə edəcək.

Qeyd edək ki, Kelleher 2015-ci ildən "Liverpul"da çıxış edirdi.