[b]“Liverpul”la müqaviləni təzələyir[/b]
31.07.2018 - 12:18
“Liverpul” vingeri Sadio Mane ilə müqavilə yeniləməyi planlaşdırır. Apasport.az saytının “Telegraph”a istinadən məlumatına görə, tərəflər artıq danışıqlara başlayıblar.
Seneqallı futbolçunun məvacibində artım olacağı gözlənilir. Bu səbəbdən də Manenin yeni anlaşmaya razılıq verməsi an məsələsidi.
Mane 2016-cı ildə 34 milyon funt sterlinq qarşılığında “Sauthempton”dan “Liverpul”a transfer olunub. 26 yaşlı futbolçu 2017-18 mövsümündə bütün turnirlər daxil olmaqla, ümumilikdə 20 dəfə fərqlənib.
0
0