“Liverpul”un istəyi təxirə düşdü
23.08.2023 - 16:13
“Liverpul”un istəyi təxirə düşdü

“Liverpul”un transfer planları pozulub.

Apasport.az saytının məlumatına görə, İngiltərə klubu Andre Netonu transfer edə bilməyib.

“Fluminense” Braziliya yığmasının dayaq yarımmüdafiəçisini satmaqdan imtina edib. “Qırmızılar”ın 30 milyonluq təklifi cənubi amerikalıları razı salmayıb. Klub rəhbərliyi Andreni ilin sonuna qədər satmayacağını da bildirib. “Liverpul”un yanvarda danışıqları bərpa edəcəyi gözlənilir.

Qeyd edək ki, Andre mövsümün 40 matçında 13 sarı və 1 qırmızı vərəqə alıb.
 

0