Lorente: “Real”da pulsuz da oynayaram”
28.09.2022 - 17:29
Lorente: “Real”da pulsuz da oynayaram”

İspaniya millisinin sabiq futbolçusu Fernando Lorente “Real”da oynamaq arzusundadır.

Apasport.az saytının məlumatına görə, bunu 37 yaşlı hücumçunun özü açıqlayıb.

O bildirib ki, Karlo Ançelottidən zəng gəlsə, Kərim Benzemanı pulsuz da əvəzləməyə razılaşar: “Əlbəttə ki, “Real”da pulsuz da oynayaram. Mən ağ formanı daşımaq istəyirəm. “Real” hazırda dünyanın ən yaxşı komandasıdır”.

Qeyd edək ki, Lorente karyerası ərzində “Atletik”, “Yuventus”, “Sevilya”, “Suonsi”, “Tottenhem”, “Napoli”, “Udineze” və “Eybar”da çıxış edib. O, yığma ilə dünya və Avropa çempionu adını qazanıb.
 

0
DİGƏR XƏBƏRLƏR
Loading...