[b]Luis Enrike rəsmən millidə![/b]
09.07.2018 - 16:28
“Barselona”nın sabiq çalışdırıcısı Luis Enrike İspaniya millisinin yeni baş məşqçisi təyin olunub. Apasport.az saytının İspaniya Futbol Federasiyasının tvitter hesabına istinadən məlumatına görə, 48 yaşlı mütəxəssislə iki illik müqavilə imzalanıb.
Qeyd edək ki, Xulen Lopeteginin “Real”la anlaşması səbəbindən yığmadan göndərilməsinin ardından komandanı sabiq idman direktoru Fernando Yerro çalışdırırdı. Onun rəhbərliyi altında “matadorlar” dünya çempionatında 1/8 finala qədər irəliləyə bildilər. Sözügedən mərhələdə Rusiya İspaniya millisinin qarşısını kəsdi.
0
0